Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu 2025-ci ili 40 qolla tamamlayıb.
Sportnet.az-ın məlumatına görə, portuqaliyalı hücumçu son olaraq, ölkə çempionatının XI turunda “Əl-Ohdud”a 3:0 hesabı ilə qalib gəldikləri oyunda dubl edib.
Beləliklə, Ronaldu karyerasında 14-cü dəfə bir təqvim ilində 40 və daha çox qol vurmağı bacarıb.
Əvvəllər o, belə bir göstəriciyə 2010 – 2018, 2020–2021 və 2023 – 2025-ci illərdə nail olub.
Ronaldu üçün ən məhsuldar il 2013-cü il olub. Həmin vaxt o, 63 qol vurub.
Qeyd edək ki, 40 yaşlı forvardın karyerası ərzində vurduğu qolların ümumi sayı 956-ya çatıb.











































































