Ukraynanın "Çernomorets" klubu baş məşqçi postunu üçüncü dəfə Roman Qriqorçuka həvalə edəcək.
Sportnet.az-ın "Sport.ua" nəşrinə istinadən məlumatına görə, 60 yaşlı mütəxəssis hazırda bu vəzifəyə ən real namizəddir.
Qriqorçuk Odessa komandasında Stepan Matviyev, Mixail Savka və Andrey Qluşenkodan ibarət məşqçilər heyəti ilə çalışacaq.
O, dekabrın 25-də istefaya göndərilmiş Aleksandr Kuçeri əvəzləyəcək.
Qeyd edək ki, Roman Qriqorçuk daha əvvəl 2010 - 2014-cü illərdə və 2021-ci ildə "Çernomorets"in baş məşqçisi olub. Təcrübəli mütəxəssis Azərbaycanda "Qəbələ" və "Neftçi"nin baş məşqçisi olub.













































































