Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi Rusiya ilə birlikdə Qazaxıstanda UEFA İnkişaf Turnirində iştirak edəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının (RFS) baş katibi Maksim Mitrofanov açıqlama verib.
O bildirib ki, turnir 2026-cı ilin aprelində baş tutacaq. Yarışa Qazaxıstan, Rusiya və Azərbaycandan əlavə, hələlik adı müəyyənləşməyən komanda da qatılacaq.
Qeyd edək ki, 2024-cü il dekabrın 25-də AZAL-a məxsus Bakı - Qroznı reysi ilə uçan təyyarə Rusiya ərazisində vurulduqdan sonra Qazaxıstan ərazisində qəzaya uğrayıb. Hadisə Azərbaycan və Rusiyanın münasibətlərində soyuqluq yaradıb.
2022-ci ilin fevralında UEFA və FIFA Rusiya klublarını ilə milli komandalarını beynəlxalq turnirlərdən kənarlaşdırıb.












































































