"Turan Tovuz" klubu futbolçusu Veysəl Rzayevlə yollarını ayırıb.
Sportnet.az Tovuz təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Onun "Kəpəz"ə keçəcəyi bildirilir.
Qeyd edək ki, 2022/2023-cü illər mövsümündən "Turan Tovuz"un formasını geyinmiş Rzayev bu müddət ərzində Premyer Liqada 79 oyunda meydana çıxıb və 2 qol vurub.










































































