İranlı sərbəst güləşçi Amir Reza Masumi Azərbaycan milli komandasında çıxış edəcək.
Sportnet.az Tasnim Agentliyinə istinadən xəbər verir ki, 21 yaşlı pəhləvan 2027-ci il dünya çempionatında ölkəmizi təmsil edəcək.
20 yaşlı idmançının adı daha əvvəl Ermənistan yığması ilə hallansa da, o, Azərbaycanı seçib. Masoumi dünyanın ən perspektivli super ağır çəkidə güləşçilərindən biri hesab olunur və müxtəlif yaş qruplarında bir sıra titul qazanıb.
Bu transfer 2027-ci il dünya çempionatında və potensial olaraq 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarında iranlı rəqiblərin fərqli ölkələri təmsil etməsi kimi maraqlı duel üçün zəmin yarada bilər. Masumi orada həmvətənli Amir Hossein Zare ilə üz-üzə gələ bilər.
Qeyd edək ki, Amir Reza Masumi 16 sentyabr 2004-cü ildə İranın Gilan şəhərində doğulub. 125 kq çəki dərəcəsində çıxış edən sərbəst güləşçi bu il Asiya çempionu olub. O, yeniyetmələr arasında 3 dəfə, 23 yaşadək güləşçilərin yarışında isə 2 dəfə dünya çempionu adını qazanıb.











































































