Fransa polisi PSJ-nin 40-dək azarkeşini həbs edib.
Sportnet.az "Le Parisien"ə istinadən xəbər verir ki, fanatlar Paris klubunun bu il əldə etdiyi nailiyyətləri Eyfel qülləsi önündə toplaşaraq fişənglərlə qeyd etdikləri vaxt saxlanılıblar.
Onlar pirotexnikadan yararlanıblar. Polis araşdırmalara başlayıb. İnsident nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, PSJ 2025-ci ildə 6 titul, o cümlədən, ilk dəfə Çempionlar Liqasını qazanıb.












































































