Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Globe Soccer Awards" mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, Fransa PSJ-sinə rəhbərlik edən Luis Enrike İlin məşqçisi mükafatına sahib olub.
İlin futbolçusu nominasiyasında bu komandanın hücumçusu Usman Dembele fərqləndirilib.
PSJ-nin daha bir oyunçusu Vitinya ən yaxşı yarımmüdafiəçi, İspaniya "Barselona"sından Lamin Yamal ən yaxşı hücumçu seçilib. Fransa klubunun daha bir forvardı Dezire Due ən yaxşı gənc oyunçu sayılıb.
"Monako"nun yarımmüdafiəçisi Pol Poqba İlin qayıdışı nominasiyasında qalib olub. Ona mükafatı UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədov verib.
İlin idmançısı adına serbiyalı tennisçi Novak Cokoviç layiq görülüb. Ona mükafatı Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu təqdim edib.
Ronaldunun özü isə Yaxın Şərqin ən yaxşı oyunçusu nominasiyasında mükafata layiq görülüb.








































































