"Qarabağ"ın sabiq futbolçusu Olavio Juninyo Meksika “Pumas”ına transfer olunub.
Sportnet.az xəbər verir ki, bu barədə Mexiko təmsilçisinin rəsmi saytı məlumat paylaşıb.
Braziliyalı hücumçu ilə müqavilənin müddəti açıqlanmayıb.
29 yaşlı forvard komandanın baş məşqçisi Efraín Xuaresin rəhbərliyi altında Klausura-2026 mövsümündə çıxış edəcək. Juninyo “Pumas”ın heyətini həm Meksika çempionatı, həm də CONCACAF Çempionlar Kuboku oyunları üçün gücləndirəcək.
Braziliyalı futbolçu son olaraq vətənində "Flamenqo"da çıxış edib. O, Rio-de-Janeyro klubu ilə Braziliya A Seriyasının və Libertadores Kubokunun qalibi olub. Juninyo peşəkar karyerasına 2015-ci ildə “Atletiko Paranaense” klubunda başlayıb və həmin komandanın akademiyasının yetirməsidir. O, yeni komandasında 2026-cı il yanvarın 11-də "Kerétaro"ya qarşı matçda debüt edə bilər.
Qeyd edək ki, Olavio Vieyra dos Santos Junior (Juninyo) "Qarabağ"a 2023-cü il iyulun 1-də transfer olunub. O, 15 yanvarda 5 milyon avroya "Flamenqo"ya transfer olunub. Juninyo Azərbaycan klubunda ümumilikdə 81 oyunda 41 qol və 16 məhsuldar ötürmə müəllifi olub. "Flamenqo"da isə "sambaçı" 32 matçda cəmi 4 qolla yadda qalıb.
¡Qué bien te queda el azul y oro!
— PUMAS (@PumasMX) December 21, 2025
Juninho ha llegado a la Cantera con mucha ilusión y entusiasmo de hacer historia en este Club #UnidosPorLaHistoria pic.twitter.com/1zzqQAMlPI










































































