Azərbaycan idmançılarının 2025-ci il ərzində qazandıqları medal sayı açıqlanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, müxtəlif idman növləri üzrə dünya və qitə çempionatlarında, kubok, Qran Pri və digər beynəlxalq nüfuzlu yarışlarda ümumilikdə 2113 medal əldə olunub.
Medalların 613-ü qızıl, 616-sı gümüş, 884-ü bürünc əyarlıdır.
Olimpiya idman növlərində 1443, qeyri-Olimpiya növlərində 589, paralimpiya, deflimpiya və xüsusi olimpiya yarışlarında isə 81 medal qeydə alınıb.
Bu, Azərbaycan idmanı tarixində növbəti rekord göstəricidir.















































































