Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üzgüçülük üzrə yarışların üçüncü günündə Azərbaycan millisi daha bir medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, milli üzvü Ramil Vəlizadə 200 metr məsafəyə kəpənək üsulu üzrə keçirilən final yarışında 02:01.16 nəticə göstərərək, gümüş medala yiyələnib.
Bu nəticə ilə Azərbaycan üzgüçülük millisinin medal sayı üçə yüksəlib. Daha öncə Süleyman İsmayılzadə 1500 metr məsafədə sərbəst üsulla üzmə yarışında, həmçinin qadınlar arasında 4×200 metr məsəfədə sərbəst üsulla estafet komandamız bürünc medallar qazanmışdı.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları 7 – 21 noyabrda Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilir. Yarışlarda 57 ölkədən 3000-dən çox idmançı müxtəlif idman növləri üzrə medallar uğrunda mübarizə aparır.














































































