"Neftçi"nin sabiq baş məşqçisi Laurentsiu Reghekampf ilə Tunisin "Esperans" klubu arasında qalmaqal yaranıb.
Sportnet.az xəbər verir ki, tərəflərin mübahisəsi Beynəlxalq İdman Arbitraj Məhkəməsinədək (CAS) uzanıb.
Regekampf "Esperans"a, klub rumıniyalı mütəxəssisə və onun köməkçiləri Ahmed Valid Karkari, Viorel Dinu və Dan Zdrinkaya qarşı iddia qaldırıb. İşə 2026-cı il yanvarın 1-də baxılacaq.
Qeyd edək ki, Laurentsiu Reghekampf və köməkçiləri "Esperans"da 2024-cü il noyabrın 5-dən 2025-ci il martın 17-dək çalışıb. Təcrübəli mütəxəssis 2022-ci il iyunun 21-dən 2023-cü il iyunun 20-dək "Neftçi"də çalışıb.



































































