"İmişli"nin yeni baş məşqçisi Fərid Namazov Azərbaycanın 21 yaşadək futbolçulardan.ibarət millisinin köməkçi-məşqçisi vəzifəsindən ayrılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə gənc mütəxəssisin özü açıqlama verib.
O, yalnız futbolçuların maarifləndirilməsi işində çalışacağını diqqətə çatdırıb.
Namazov Azərbaycan Ptemyet Liqasındakı rəqabətin artdığını bildirərək, heyətdə yerlilətlə yanaşı, legionerlərə də yer verəcəklərini dilə gətirib: "Əsas prioritet yerliləri qoruyub saxlamaqdır. İstədiyimiz mövqelərə lazımi oyunçu tapa bilməsək, legionerlərə şans verəcəyik".
Baş məşqçi ötən mövsüm Premyer Liqada işləməməsini klubun qərarı kimi dəyərləndirib: "Desəm ki, elitada işləmək istəmirdim, buna inanmayacaqdınız. Özümün də inkişaf məsələm var idi. Daha çox təzyiqin öhdəsindən gəlməyə çalışacağam. Həm də təhsil məsələm var idi. Klubla əlaqəm kəsilməmişdi".
Gənc mütəxəssis U-21 millisindən tanıdığı bəzi futbolçuları maliyyə məsələsinə görə kluba cəlb edə bilmədiklərini açıqlayıb.
Namazov yeni işində "Jorj Kaşkilya komandanı Premyer Liqafa saxlamaq üçün böyük iş gördü. Məni narahat edən futbolçuların daha az qaçmaları ilə bağlı idi. Hücum futbolu oynamaq istəyirik. Amma top buraxmamaq da prioritetimizdir. Oyunçu profillərini gördükdən sonra qiymətləndirmə aparacağıq".









































































