1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə", AZAL və "Kəpəz"in legionerləri cəzalarını aldı
AFFA İntizam Komitəsi 3 futbolçunu cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, Premyer Liqanın XVI turunun AZAL – "Qarabağ” matçının 45+3-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Sadio Tounkara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
"Zirə” – "Kəpəz” matçında meydan sahiblərinin 5, qonaqların isı 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki kluba 800 manat cərimə kəsilib.
28-ci dəqiqədə "Zirə”nin futbolçusu Meza Colli və matçın 90+3-cü dəqiqəsində "Kəpəz”in oyunçusu Renan Da Silva aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki legioner 2 oyun cəzalanıb, klublar 1600 manat cərimə olunub.
"Qəbələ" isə "Neftçi” ilə qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat ziyana düşüb.