"Qarabağ” layiqli şəkildə kubokun finalına vəsiqə qazandı. Ümumiyyətlə, mən "Qarabağ” çox inanıram”. Bu sözləri Sportnet.az-a açıqlamasında "Qarabağ”ın sabiq futbolçusu Azər Cabbarov deyib.
Vaxtilə Ağdam təmsilçisinin heyətində çıxış etmiş Cabbarov komandasının həm kubokda, həm də çempionatda qalib olacağına inandığını bildirib: "Qarabağ” "Qəbələ”yə qarşı iki final oyunu gözləyir. Məncə, hər ikisində komandamız qalib gələ bilər. Çünki "Qarabağ” çox gözəl oyun nümayiş etdirir. İndinin özündə də "Qarabağ” çox yaxşı formadadı. "Qarabağ”ın "Qəbələ”dən üstün cəhəti bilirsiz nədi? Ağdam komandası daha sürətli oynayır, hücumda çoxluq yarada bilirlər. Məncə, sabiq komandam hər iki cəbhədə uğur qazanacaq".