1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"O qoldan sonra mübarizəmiz bitdi"
Futzal üzrə Macarıstan milli komandasının baş məşqisi Sito Rivero Avropa çempionatının əsas mərhələsində Azərbaycan yığmasına 1:6 hesabı ilə uduzduqları 3-cü tur matçından sonra mətbuat konfransında fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, Rivero həm qələbə, həm də final mərhələsinə vəsiqə qazanması münasibətilə millimizi təbrik edib.
O bildirib ki, yığmamız istənilən rəqibə qarşı mübarizə apara bilər: "İkinci hissənin ortalarına qədər 5-in 4-ə çıxış edirdik. Hiss edirdim ki, oyunçularım əsəbi və gərgindirlər. Rəqibin vurduğu dördüncü qoldan sonra mübarizə bizim üçün bitdi. Azərbaycan millisinin üzvləri yüksək səviyyədə çıxış etdilər və onlar istənilən rəqibə qarşı mübarizə aparacaq gücdədirlər. Biz isə pley-off mərhələsindəki rəqibimizi gözləyəcəyik”.
Qeyd edək ki, Macarıstan millisi B qrupunu 4 xalla 2-ci pillədə başa vurub.