"Döyüşlər çətin deyildi, amma rəqiblər yaxşı idi".
49 kq çəki dərəcəsində mübarizə aparan xanım idmançı bildirib ki, final görüşündə bir qədər yorğun olsa da, qalib gəlməyə çətinlik çəkməyib. O, qələbəni ailəsinə həsr etdiyini söyləyib: "Yarışa yaxşı hazırlaşdım və ciddi yanaşdım. İslamidada atmosfer Yay Olimpiya Oyunlarında olduğu kimidir. Azarkeşlər qızıl medal gözləyirdi. Buna nail olduğum üçün sevinirəm. Qələbəmi ailəmə, məşqçilərimə həsr edirəm. Federasiyamıza minnətdarlığımı çatdırırıam".