1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olimpiya çempionu ilin idmançısı seçildi
Doqquzqat olimpiya çempionu Useyn Bolt Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (IAAF) tərəfindən 2016-cı ilin idmançısı elan olunub.
Sportnet.az-ın məlumatına görə, atlet Monako şəhərində keçirilən mükafatlandırma mərasimində gələn il fanatları xatirinə qaçışları davam etdirəcəyini bildirib.
"Mən stadiona gələrkən kütlənin gurultusunu eşitdiyim anlar üçün yaşayıram. Mən gələn il də fanatlarımın xatirinə qaçışları davam etdirəcəyəm, axı onlar mənim karyeramı bitirməyimi istəmirlər. Onlara təşəkkürümü bildirmək istəyirəm", - deyə idmançı söyləyib.
IAAF versiyası üzrə ilin qadın idmançısı adına isə efiopiyalı qaçış ustası Almaz Ayana layiq görülüb.
"Mən hazırda keçirdiyim hissləri izah etmək üçün söz tapmıram, elə həyəcanlıyam ki. Əslində çox şadam", - deyə Almaz bildirib.