1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Dağlar Kralı" köynəyini qazandı
"Synergy Baku"dan Mərakeşdə "üçqat zərbə"
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Mərakeşdə təşkil olunan 10 günlük "Tour de Maroc" yarışının 4-cü mərhələsində də yüksək nəticələr göstərir. Sportnet.az-ın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı turunun bu mərhələsi kifayət qədər çətin dağ yollarından ibarət olub.
191 km-lik marşrutu yığmanın üzvü Kiril Pozdnyakov 5 saat 28 dəqiqə 15 saniyəyə başa vurmaqla ən yaxın izləyicisini 13 saniyə qabaqlayıb və 1-ci mərhələdə olduğu kimi, yenidən "solo-finiş" edib. Bundan başqa, velosipedçimiz sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib və 5-ci mərhələyə lider köynəyi ilə başlayacaq.
"Synergy Baku"nun digər üzvü Yosip Rumaç dağlıq yollarda topladığı xallar hesabına ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan "Dağlar Kralı" köynəyinə yiyələnib. Bütün bunlar komanda üzvlərimizin 4-cü mərhələnin yekununda 3 dəfə fəxri kürsüyə qalxması ilə nəticələnib.
Bu gün keçiriləcək 5-ci mərhələdə iştirakçılar 155 km məsafə qət edəcəklər. Qeyd edək ki, Mərakeş Turu komandamız üçün mayın 3-7-də keçiriləcək "Tour d'Azerbaidjan" yarışına hazırlığın əsas hissəsini təşkil edir.