Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) erməni idmançısı Hripsime Xurşudyanı bütün yarışlardan kənarlaşdırıb. 
Sportnet.az qurumun saytına istinadən xəbər verir ki, atlet qadağan olunmuş maddələrdən istifadə etdiyinə görə 4 illik diskvalifikasiyaya məruz qalıb. 
Onun cəzası 2016-cı il iyunun 17-dən hesablanacaq və 2020-ci il iyunun 17-də başa çatacaq. 
Qeyd edək ki, H.Xurşudyanın 2012-ci il London olimpiadasındakı bürünc medalı da əlindən alınıb. O, dopinqdən istifadə etdiyinə görə 2016-cı ildəki Rio Olimpiya Oyunlarında iştirakdan məhrum edilib. 









                 





    
    
    
    
    
    
    
    
    






















































