1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Orada da kifayət qədər dopinq cəzaları olub"
"Postsovet ölkələrində məşq prosesində qadağan edilmiş maddələrdən istifadə halları var idi. Bu, qəbul olunmuş bir metod idi. Bütün dünya həmin vaxtlar onların nəticələrini heyrətlə qarşılayırdılar. Həmin ölkələrdən olan mütəxəssislər başqa dövlətlərə də dəvət alırdılar. Onların çalışdılqarı yerlərdə hər zaman qan analizləri müsbət nəticə verirdi”.
Sportnet.az xəbər verir ki, bunu Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Tamaş Ayan Bakıda təşkil etdiyi mətbuat konfransında Rusiya idmançılarının daha çox dopinqdən istifadəyə görə cəzalandırlmasına aydınlıq gətirərkən deyib. O, bildrib ki, Beynəlxalq Anti-Dopinq Agentliyinin Rusiya ilə müqayisədə ABŞ və digər Qərb ölkələrinə loyal yanaşması fikri doğru deyil: "Demək olmaz ki, ABŞ istisna təşkil edir, müqəddəs ölkədir. Orada da kifayət qədər dopinq cəzaları olub. Məşqlər zamanı istifadə edilən bu maddələr onların performansına 8 – 15 faiz müsbət təsir edirdi. Məsələn, normalda 100 kq qaldıran, dopinqlə 108 kq-nın öhdəsindən gəlir. Bu idman növünü bilənlər 8 kq-ın nə demək olduğunu yaxşı anlayır”.