1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa çempionatında bir qızıl və bir gümüş
Bu gün Polşanın Zamots şəhərində gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.
Sportnet.az-ın məlumata görə, ilk yarış günündə Azərbaycan idmançıları iki medal qazanıblar.
Məhəmməd Məmmədli yaşı 23-ə qədər olan gənclərin 62 kq çəki dərəcəsindəki mübarizəsində tarixi uğura imza atıb. O, birdən qaldırma hərəkətində 121 kq-ı ram edərək gümüş, təkanla qaldırma hərəkətində 150 kq-ı qaldıraraq qızıl medal qazanıb.
Məhəmməd Məmmədli toplam 271 kq (121+150) nəticə ilə yekun sıralamada da Avropa birinciliyinin qalibi adını qazanıb.
Səbinə Əzimova isə yaşı 20-yə qədər olan qızların 53 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb. Yeniyetmələr arasında Avropa birinciliklərinin üçqat qalibi olan atlet birdən qaldırma hərəkətində 76 kq-ı ram edərək 7-ci yeri tutub. Əzimova təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək fəxri kürsüyə yüksəlməyi bacarıb. Gənc atlet 100 kq-ı başı üzərinə qaldıraraq, Avropa birinciliyinin gümüş medalını qazanıb. Toplam 176 kq (76 kq + 100 kq) nəticə ilə Əzimova yekun sıralamada 4-cü yerə çıxıb.