Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağır atletika üzrə nüfuzlu beynəlxalq “Alexander Cup” turniri keçirilir.
Sportnet.az xəbər verir ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizə aparıb. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olub.
Bu gün Nailxan Nəbiyev 96 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, toplam 326 kq (145+181) nəticə ilə gümüş medala sahib çıxıb.