Türkiyə milli komandasının əslən azərbaycanlı atleti Ramil Quliyev Monakodakı Brilliant Liqada medal qazana bilməyib.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı idmançı 200 metr məsafəyə qaçışda 20,80 saniyə nəticə göstərib.
Dünya və Avropa çempionu 5-ci yerlə kifayətlənib. ABŞ təmsilçisi Noa Lays 19,76 saniyə ilə birinci olub.
Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya çempionu olub. Atlet 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu adını qazanıb.