Azərbaycan Atletika Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib.
Onun sözlərinə görə, konfrans dekabrın 15-də baş tutacaq: "Atletika Federasiyası digərlərindən fərqlidir. Burada hesabat-seçki konfransı keçirmək üçün bu məsələ Ümumdünya Atletikası (World Athletics) ilə razılaşdırılmalıdır. Artıq konfransın vaxtı təsdiqlənib".