1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Maksim Averin: "İnanın ki, bu amil mənim üçün böyük stimuldur"
"Hər şeydən öncə Azərbaycan çempionatı üçün belə maraqlı marşrut seçdiklərinə və yarışı yüksək səviyyədə təşkil etdiklərinə görə federasiya rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Həqiqətən də, marşrut elə idi ki, burada ən müxtəlif taktiki variantları sınaqdan keçirmək mümkün idi”. Sportnet.az-n məlumatına görə, bu fikirləri Azətbaycan velosipedçisi Maksim Averin deyib. Ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək təcrübəli idmançı "Synergy Baku"nun üzvü olaraq Azərbaycan çempionatına qatılıb və onun qalibi olub.
Averin ardıcıl 2-ci dəfə qrup ötüşməsi üzrə Azərbaycan çempionu adını qazandığına görə şad olduğunu bildirib: "İnanın ki, bu amil mənim üçün Rio Olimpiadası öncəsi olduqca böyük stimuldur. Yarış öncəsi qarşıma qoyduğum taktiki plan, əsas istəyim finişə bir xeyli qalmış hücuma keçmək və rəqiblərimdən aralanmaq idi. Amma bu alınmasa, qrupla finişə yaxınlaşmaq və sprint etmək kimi ehtiyat variantı da düşünmüşdüm. Şadam ki, məhz nəzərdə tutduğum planı həyata keçirə bildim".