"Vətən müharibəsində 478 idmançı iştirak edib".
Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlama verib.
AMADA rəsmisi bildirib ki, onlardan 54 nəfəri şəhid olub, 51-i isə yaralanıb. Ş.Hüseynli yaralanmış idmançılardan bəzilərinin qadağan edilmiş maddələrdən yararlanmasının mümkünlüyünü diqqətə çatdırıb: "Müharibə şəraiti tam fərqlidir. Döyüşlərdə yaranlanan idmançılar əvvəlcədən müraciət edə bilməsələr də, sonradan müraciət edə bilərlər. Yaralanan idmançı müalicə zamanı qadağan olunmuş maddədən istifadə edibsə, bizə bildirməlidir”.