Ötən gün Almaniya komandası ilk Avropa Oyunlarında təqdim olunub. Sportnet.az-ın məlumatına görə, Almaniyanın voleybol üzrə kişilər arasında dostluq qarşılaşmasında Slovakiyaya 3:0 hesabı ilə qalıb gəlib.
Bu görüş birinci Avropa Oyunlarına aparan ilkin addım hesab edilir.
Almaniya voleybolçuları 2014-cü il Dünya çempionatında bürünc medal qazanandan bəri ilk dəfədir ki, oyun meydançasına çıxıblar. Münsterdə keçirilmiş görüşmədə alman voleybolçular Slovakiya komandasını 3:0 (25-18, 25-22, 25-16) hesabı ilə məğlub ediblər. Bundan əvvəl isə Almaniya və Slovakiya komandaları həm də iyunun 6-7-də Boxumda keçirilmiş iki məşq matçında görüşüblər.
Almaniyalı məşqçi Vital Heynen oyunun nəticəsindən razı qaldığını açıqlayıb: "Mən bu oyundan məmnunam. Hər şeydən öncə, birinci matçı 3:0 hesabı ilə udmuşuq. Heç nə asan olmadı, amma ən yüksək nöqtəyə çatmaq üçün hər şeyi qabaqlamaq hələ tezdir".
Dostluq görüşündə çıxış edən hər iki komanda 16 iyun tarixində Bakı 2015 çərçivəsində B qrupunda qarşılaşacaq. Qrupdakı digər dörd komanda - Rusiya, İtaliya, Bolqarıstan və Belçikanındır.