
Üzgəclərlə üzmə yarışları Bakı 2015-in son günlərində keçiriləcək. Sportnet.az-ın məlumatına görə, I Avropa Oyunlarında su idman növləri arasında, sürət baxımından ən çox diqqət cəlb edən mübarizə, üzgəclərlə üzmə yarışlarında olacaq.
Üzgəclərdən istifadə edəcək, peşəkar qadın və kişi üzgüçülər Bakı Su İdmanı Mərkəzində keçiriləcək yarışlarda, sürətli üzgüçülüyün sualtı növündə qızıl medal sahibi olmaq üçün mübarizə aparacaqlar.
1930-cu illərdə bir idman növü olaraq məşhurlaşan üzgəclərlə üzmə yarışı Bakı 2015-də azarkeşlərin maraqla izləyəcəyi üzgüçülük yarışıdır. Qeyd edək ki, birinci Avropa Oyunlarında bu idman yarışlarında mübarizə aparan idmançılar iyun ayının 27-də, şənbə günü yarışmağa başlayacaqlar.
Avropanın ən sürətli üzgüçüləri 50 metrlik və 100 metrlik məsafə üzrə 4 yarışdan ibarət olacaq bu idman növünün üç əsas " səth, təngnəfəslik və suya dalma" növlərində mübarizə aparacaqlar. Bu onların əlavə sürət və delfinvari üzmə texnikalarını göstərməsinə imkan yaradacaq. Hər iki ayağa keçiriləcək üzgəclərlə idmançılar, ənənəvi üzgüçülük yarışlarındakından daha çox sürət yığacaqlar.
Adi üzgüçülük yarışında 50 metrlik sərbəst hərəkətlətə dünya rekordu 20.91 saniyədir. Lakin üzgüçülərin palet və maska geyindiyi, nəfəslərini suyun altında saxladıqları 50 metrlik təngnəfəslik yarışında sürətli üzgüçülüyün rekordu isə 2014-cü ildə İtaliyanın Lignano Sabbiadoro şəhərində keçirilən 25-ci Avropa Sürətli Üzmə Çempionatında qalib olan rusiyalı Pavel Kabanova məxsusdur. Belə ki, o bu məsafəni 13,85 saniyəyə qət edib.