Fernando Alarza və Aylen Reyd Bakı 2015 Avropa Oyunları ərəfəsində, Londondakı turnirdə ilk dördlüyə daxil olublar. Sportnet.az-ın məlumatına görə, ispaniyalı Alarza 2015-ci ildə Beynəlxalq Triatlon Birliyinin Londonda keçirilmiş dünya çempionatında Alister Braunlindən sonra 2-ci yeri tutaraq bu mövsüm özünün ən yaxşı nəticəsini göstərib.
Finiş xəttinə Braunli 50 dəqiqə 39 saniyəyə, Alarza isə ondan 12 saniyə sonra çatıb.
Bakı 2015 Avropa Oyunlarına hazırlaşan Alarza Beynəlxalq Triatlon Birliyinin bu il keçirilmiş 5 yarışının hamısında ilk 8 idmançı arasına daxil ola bilib. Əvvəlki illərdən fərqli olaraq, o, bu il Oklenddə 4-cü yeri tutub.
Kişilər arasında keçirilən yarışda Bakıya gələcək Endrü Salvisberq 15-ci yerdə qərarlaşıb. İsçevli idmançı isə 13-cü nəticəni göstərib. Salvisberq Keyptaun triatlonunda 21-ci, Yokohamada isə 39-cu yeri tutub.
Qadınlar arasında yarışın qalibi amerikalı Qven Corcensen olub və bununla da o 10-cu triatlon seriyası titulunu qazanıb.
Aylen Reyd Amerika podiumunda 4-cü yerə yiyələnib. Belə ki, o hər dəfə nəticələrinin yaxşı olmasına çalışır. Reyd Əbu Dabidə mövsümü iyirmi 4-cü yerdə bitirdikdən sonra, Oklenddə 15-ci, "Gold Coast”da yeddinci, Yokohamada isə 6-cı olub. Sonuncu yarışda isə 4-cü olaraq, ən yaxşı nəticəsini əldə edib. Reyd indi bütün diqqətini Bakı 2015 Avropa Oyunlarına yönəldib.
Qadınlar arasında triatlon yarışlarında Bakı 2015-ə vəsiqə qazanan digər bir idmançı hollandiyalı Rakel Klamerdir. Holland idmançısı "Gold Coast”da mövsümün ən yaxşı nəticəsini göstərərək 6-cı yeri özü üçün təmin edib.