1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
ŞOK! Mahir Şükürov "Karşıyaka"dan FİFA-ya şikayət etdi
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov formasını geyindiyi Türkiyənin "Karşıyaka" klubundan FİFA-ya şikayət edib. Sportnet.az-ın "Sabah" qəzetinə istinadən məlumatına görə, buna 33 yaşlı sağ cinah müdafiəçisinin 2 aylıq əmək haqqını klubdan ala bilməməsi səbəb olub.
İzmir təmsilçisinin Şükürova 55 min dollar borcunun olduğu bildirilir. 19 yanvaradək həmin vəsaiti ödənməsə, təcrübəli futbolçu azad agent statusu alacaq. "Karşıyaka" rəhbərliyi isə onu buraxmaq istəmir. Bu səbəbdən, klub rəsmiləri borcu ödəmək üçün səfərbər olublar.
Qeyd edək ki, daha öncə "Karşıyaka" eyni problem üzündən Berkan Emir və nigeriyalı Çikeluba Ofoedunun gedişinə əngəl ola bilməyib. Hazırda klub I vitse-prezident Azat Yeşilin 500 min lirəlik dəstəyi ilə nəfəs alır. Amma Tiaqo Keyruş Bezerra və Baykal Kulaksızoğluna olan borc üzündən transfer qadağası ilə üz-üzə qalan "Karşıyaka" rəhbərliyi bu maddi dəstəklə daxildəki problemləri çözmək niyyətindədir.