1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin hədəfi Çempionlar Liqasıdır"
"Qəbələ"nin yeni baş məşqçisi Roman Qriqorçuk yeni klubundakı hədəf və vəzifələri barədə danışıb. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis "Futbol 1"ə açıqlamasında "qırmızı-qaralar"ın Azərbaycanın ən güclüsü olmağı hədəflədiyini bildirib.
Qriqorçuk titullara yiyələnmək istədiyini və məsələnin təkcə pulda olmadığını vurğulayıb: "Azərbaycanın ən güclüsü olmaq istəyi o anlama gəlir ki, klub Çempionlar Liqasında çıxış etməyə can atır. Çempionlar Liqası isə mənim arzumdur. Titullar qazanmaq istəyirəm. Məsələ heç də pulda deyil. "Çernomorets"lə böyük işlər gördük və əlimizdəki imkanlarla maksimuma çatdıq. Elə bir dövr yetişdi ki, komanda qarşısında böyük hədəflər qoya bilmədi. Bunun da tutarlı səbəbləri var. Hər halda mən "Çernomorets"in top-klub olmasını arzulayıram. Amma bunun nə zaman baş verəcəyini bilmirəm. Hər zaman sevə-sevə Odessaya qayıdaram".
Təcrübəli mütəxəssisin fikrincə, görmək istədiyin işi və bunun çətin olduğunu düşündükdə komandanın adı və yeri ikinci plana keçir. Çünki bu, xırda məsələ kimi görünür: "Hazırda "Qəbələ" inkişafdan bir qədər geri qalır, amma Azərbaycanda futbol inkişaf edir. Mən elə etməliyəm ki, komandada sıçrayış baş versin".
Qeyd edək ki, Roman Qriqorçuk "Qəbələ"yə gələnədək Ukrayna "Çernomorets"inin sükanı arxasında olub.