
AFFA-nın Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev təlim-məşq toplanışını ölkəmizdə keçən komandaların yoxlama oyunlarını izləyib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, "Sumqayıt” - AZAL və "İnter” (əvəzedici ) - "Bakı” qarşılaşmalarına baxıb.
Klubların məşqçilər korpusu ilə də görüşən B.Hacıyev Topaz Premyer Liqası klublarının əvəzedici komandalarının çempionatına və I divizionun oyunlarına təyinat alan referi və referi köməkçiləri üçün Bakı şəhərindəki "Əlincə” İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında "Hakim və məşqçi münasibəti” mövzusunda mühazirə oxuyub.





































































