"Neftçi"nin əvəzedicilərdən ibarət komandası Türkiyənin Antalya bölgəsində keçirdiyi növbəti yoxlama matçında da uduzub. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar" Rusiyanın "Rubin-2" komandası ilə qarşılaşmada darmadağın olub - 1:4.
Kazan klubunun rəsmi saytına açıqlama verən rəqibin baş məşqçisi Yuri Utkulbayev flaqmanın mübarizəyə dözə bilməməsi səbəbindən həddən artıq kobudluğa əl atdığını bildirib: "Bunun nəticəsində futbolçumuz Nikita Lobanov zədələnərək, 35-ci dəqiqədə meydanı tərk etdi".
Qeyd edək ki, "Neftçi"nin rəsmi saytı oyunun nəticəsi barədə məlumat yerləşdirməyib.