"Simurq" klubu daha bir futbolçu ilə münasibətləri rəsmiləşdirib. Sportnet.az-ın məlumatına görə, Zaqatala təmsilçisi Cihan Özkara ilə müqavilə imzalayıb.
İcarə əsasında mövsümün sonuna qədər "sarı-qara" formanı geyinəcək yarımmüdafiəçi "22" nömrəli forma ilə çıxış edəcək. Özkara müqavilə əsasında "Sivasspor"a məxsusdur. O, son üç mövsümdə Türkiyə təmsilçisinin şərəfini qoruyub.
Qeyd edək ki, "Simurq" transfer çalışmalarını davam etdirir. Yaxın günlərdə danışıqlar müsbət nəticələnərsə daha bir futbolçu ilə rəsmi müqavilə imzalanacaq.