
Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azəryol" komandası Çempionlar Liqasında mübarizəni dayandırıb. Sportnet.az-ın məlumatına görə, komandamızı ilkin "pley-off" mərhələsində İtaliya "Yamamay"ı dayandırıb.
Cavab görüşündə "Azəryol" səfərdə qələbəyə nail olub - 3:2 (14:25, 26:24, 25:20, 18:25, 15:10). Bununla belə, ilk görüşdə 1:3 hesabı ilə uduzduğu üçün təmsilçimiz mərhələ adlaya bilməyib.
Əvəzində "Yamamay" növbəti mərhələyə yüksələn 6 komandadan biri olub. Hələlik bu vəsiqəyə Türkiyənin "Eczacıbaşı" və "Fənərbağça" da sahib çıxıb.