1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA saxtakarı əfv etdi
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, iclasda 2 müraciətə baxılıb.
Bakının "İnter” klubunun futbolçusu Sezar Meza Kolli və məşqçi Miloş Yevtiçlə bağlı qəbul edilmiş cəzaların ləğv olunması ilə bağlı müraciət təmin edilməyib. Nəticədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvədə saxlanılıb.
Əvəzində I divizionda çıxış edən "Mil-Muğan”ın keçmiş baş məşqçisi Mətləb Məmmədovun cəzası yüngülləşdirilib. Onunla bağlı İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilib. Məşqçi intizam tədbiri olaraq 6 aylıq kənarlaşdırılıb, digər 6 aylıq cəzadan isə 1 illik sınaq müddəti təyin olunmaqla azad olunub. 1 illik sınaq müddəti ərzində M.Məmmədov analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.
Qeyd edək ki, Mətləb Məmmədov saxtakarlığa yol verdiyi üçün 2014-cü il sentyabrın 23-də 12 müddətinə futbol fəaliyyətindən kənarlaşdırılıb. Saxtakarlıq isə belə baş verib: Azərbaycan I divizionunun III turunda "Turan Tovuz”la oyunun protokolunda "Mil-Muğan”ın 3 nömrəli futbolçusu Fərid İbrahimlinin (doğum tarixi: 30.05.1993) əvəzinə klubun digər futbolçusu Orxan Məhərrəmovun (doğum tarixi: 11.11.1990) adı yazılıb. Həmin vaxt limiti pozduğu üçün "Mil-Muğan”a 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 1000 manat cərimələnib. Qarşılaşmada göstərilmiş sarı vərəqələr qüvvədə qalıb, vurulmuş qollar ləğv edilib.
Sezar Meza Kolli Azərbaycan Premyer Liqasının XXIII turunun AZAL-la oyunundan sonra rəqib futbolçuya qarşı təhqiredici jestə görə 3 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub. "İnter”in fiziki hazırlıq üzrə məşqçisi Miloş Yevtiç isə oyunun rəsmi şəxsinə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 10 oyun cəzalanıb, klub 10 000 manat ziyana düşüb.