
Sərbəst güləş üzrə ikiqat olimpiya çempionu Abdulrəşid Sadulayev sentyabrın 13-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək dünya çempionatından kənarda qalıb.
Sportnet.az xəbər verir ki, bu, Dünya Güləş Birliyinin (UWW) rəsmi saytında dərc olunmuş yenlənmiş iştirakçı siyahısından məlum olub.
Rusiyalı pəhləvan Zaqrebə viza ala bilməyib. Əvvəllər onun adı sifariş siyahısında olsa da, indi 97 kq çəkidə Maqomed Kurbanovun adı göstərilib.
Qeyd edək ki, hazırda 29 yaşında olan Abdulrəşid Sadulayev Rio-2016 və Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, həmçinin 6 qat dünya və 4 qat Avropa çempionudur. Dünya çempionatı sentyabrın 21-dək davam edəcək. Rusiya güləşçiləri UWW bayrağı altında mübarizə aparacaqlar.