1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Faiq Qarayev: "Millinin baş məşqçisi 2-3 günə açıqlanacaq"
2017-ci ildə Azərbaycan və Gürcüstanda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib. Sportnet.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov postsovet məkanında ilk dəfə belə bir yarışın iki ölkədə təşkil olunduğunu bildirib.
O deyib ki, Azərbaycan artıq özünü idman ölkəsi kimi tanıtdırmağa başlayır: "Bu gün biz yeni təməl qoyduq. Azərbaycanda çox möhtəşəm tədbirlər keçirilib. Bunları saymaqla qurtarmaq olmaz. Növbəti illərdə də belə yarışlar davam edəcək. Prezident İlham Əliyevin imzaladığı sərəncamla voleybol üzrə Təşkilat Komitəsi yaradılıb. Ölkəmizdə yarışların təşkili üçün yüksək səviyyəli şərait var və biz də çempionatı belə bir səviyyədə keçirəcəyik. Bu yarışın Azərbaycanda keçirilməsində böyük rolu olan şəxslərə minnətdaram. Qoy, güclü qalib gəlsin".
AVF-nin vitse-prezidenti Faiq Qarayev Azərbaycan yığmasının düşdüyü qrupdan razı olduğunu bildirib: "Bu komandalarla çox oynamışıq. Hamısı güclüdür. İlkin məqsədimiz qrupdan çıxmaq, sonra isə növbəti mərhələlər olacaq. Komandamızın yeni baş məşqçisini və hazırlıq prosesini 2-3 gün ərzində açıqlayacağıq. Mən 2 ildir komandaya rəhbərlik etmirdim. Yalnız son oyunlarda yığmanı mən meydana çıxarmışam. Milliyə kimin rəhbərlik etməsi önəmli deyil. Bütün güclü voleybolçular komandaya dəvət olunmalı, hamımız öz işimizi lazımi səviyyədə yerinə yetirməliyik. Bizim üçün ikiqat çətin olacaq. Hamı bizdən böyük oyunlar gözləyir. Əlimizdən gələni edəcəyik ki, voleybolçularımız Avropa çempionatında uğurlu nəticələr göstərsin.
Gürcüstan Voleybol Federasiyasının prezidenti İrakli Çaçua təşkilatçılıqdan çox şeyin asılı olduğunu bildirib. O, püşkatma mərasimi kimi, çempionatın da yüksək səviyyədə keçiriləcəyini vurğulayıb.
Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç Bakıda olmaqdan məmnunluq hissi keçirdiyini və püşkatma mərasiminin çox gözəl alındığını vurğulayıb. O, bütün komandaların çox gözəl yarışın bir hissəsinə çevriləcəklərinə inam ifadə edib: "Bu, 16 komandanın qatılacağı son çempionat olacaq. Növbəti qitə çempionatında 24 ölkə iştirak edəcək. Bu tədbir Azərbaycan və Gürcüstanda voleybolun inkişafına təkan vermək üçün gözəl imkandır. CEV çempionatın yüksək səviyyədə təşkilində maraqlıdır. Bütün iştirakçılara uğur arzulayır və ümid edirəm ki, hər iki milli federasiya çempionatı daha çox tamaşaçının izləməsi üçün əllərindən gələni edəcək".