Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı start davam edir.
Sportnet.az-ın məlumatına görə, ikinci yarış günündə 164 pəhləvan xalça üzərinə çıxıb. 50 sərbəst güləşçi 86 kq, 97 kq və 125 kq, 114 yunan-Roma güləşçisi isə 59 kq, 66 kq və 71 kq çəki dərəcələrində öz aralarında ən güclüləri müəyyənləşdirib.
6 qalibdən 4-ü dağıstanlı legionerlər olub. Hətta sərbəst güləş üzrə 86 kq və 125 kq çəkilərdə finalda eyni klubun iki legioneri üz-üzə gəlib. 97 kq çəkidə də qalib dağıstanlı olub, amma bürünc medallardan birinə Ramil Usubov sahib çıxıb. Lakin təbii ki, o, daxili işlər naziri deyil, "Lokomotiv" klubunun üzvüdür. Onun finala yüksəlməsinə də 1/4 finalda məhz dağıstanlı Nurməhəmməd Hacıyev mane olub. Hacıyevin finala yüksəlməsi səbəbindən Usubov təsəlliverici görüşlərə qatıla bilib.
Yunan-Roma güləşi növündə də 71 kq çəkidə qızıl medal dağıstanlıya qismət olub.
Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunur, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilir və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.
Sərbəst güləş
86 kq
FİNAL
Aleksandr Qostiyev (Atasport) - Hacımurad Məhəmmədsəidov (Atasport) 10:0
Bürünc medal görüşü
İbrahim Yusifov (Ağstafa) - Murad Xaliqov (Nardaran) 12:2
Kənan Əliyev (Qazax) - Sənan Əlizadə (Qəbələ) 6:5
97 kq
FİNAL
Nurməhəmməd Hacıyev (Atasport) - Pərviz Axundov (Qəbələ) 5:0
Bürünc medal görüşü
Ramil Usubov (Lokomotiv) - Asxab Həmzətov (Azəri İK) 1:0
Rahid Həmidli (Cəlilabad, Gömrükçü İSM) - Məhəmmədrəsul Qazıməhəmmədov (Atasport) 1:8
125 kq
FİNAL
Cəmaləddin Məhəmmədov (Atasport) - Umar İsrailov (Atasport) 10:0
Bürünc medal görüşü
Şamil Şamanov (Atasport) - Əli İsayev (Atasport) 8:2
Əmir Yari (Atasport) - Adəm Cəlilov (Azəri İK) 3:0
Yunan-Roma güləşi
59 kq
FİNAL
Taleh Məmmədov (Gömrükçü İSM) - Kərim Cəfərov (MOİK) 3*:3
Bürünc medal görüşü
Səid Balabəyov (Neftçi İK) - Murad Məmmədov (Sumqayıt, MOİK) 0:3
Orxan Əhmədov (Gömrükçü İSM) - Orxan Eyvazov (MOİK) 1*:1
66 kq
FİNAL
Kamran Məmmədov (DİN İC) - Azad Əliyev (Gömrükçü İSM) 1:1*
Bürünc medal görüşü
Tural Umayev (Gömrükçü İSM) - Nofəl Babayev (Sumqayıt, Zenit İC) 0:8
Rövşən Tağıyev (Spartak) - Sənan Süleymanov (Təhsil İC) 2:2*
71 kq
FİNAL
Rüstəm Əliyev (DİN İC) - İslambek Dadov (Atasport) 1:1*
Bürünc medal görüşü
Ülvi Qənizadə (Pəhləvan) - Ruhin Mikayılov (Qəbələ) 1:4
Azər Hüseynov (Zəngilan) - Şirxan Quliyev (MOİK) 1:2