Qazaxıstanın paytaxtı Nursultanda keçirilən güləş üzrə dünya çempionatında maraqlı olay baş verib.
Sportnet.az xəbər verir ki, bu, yunan-Roma güləşi üzrə 97 kq çəki dərəcəsində ABŞ təmsilçisi Treysi Qangelo Hankok və ukraynalı Nikolay Krısov arasındakı 1/16 final görüşünə təsadüf edib. İlk hissənin son saniyələrində Hankok Krısovu döşəkdən kənara atarkən, rəqibi reklam lövhəsinin üzərinə düşüb. Nəticədə kağız lövhə əzilib.
Qarşılaşmanı azərbaycanlı referi Asif Şirəliyev idarə edib. O, amerikalı pəhləvana xəbərdarlıq edib. Görüş Hankokun qələbəsi ilə yekunlaşıb - 6:0.