Azərbaycan yunan-Roma güləşçisi Beka Kandelaki Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 130 kq çəki dərəcəsində rəqib yerli pəhləvan Dariuş Attila Vitek olub. Görüş Vitekin qələbəsi ilə yekunlaşıb - 4:1.
Beləliklə, Azərbaycan yunan-Roma güləşçiləri günü 4 medalla başa vurub. Yığma üzvlərindən Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.
---------------------
Azərbaycan yunan-Roma güləşçisi İslam Abbasov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 87 kq çəki dərəcəsində rəqib bolqarıstanlı Yoan Danielov Dmitrov olub. Görüş Abbasovun qələbəsi ilə yekunlaşıb - 5:1.
Beləliklə, Azərbaycan yunan-Roma güləşçilərinin qazandıqları medalların sayı 4-ə yüksəlib.
----------------------
Azərbaycan yunan-Roma güləşçisi Sənan Süleymanov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 77 kq çəki dərəcəsində rəqib isveçli Per Albin Olofsson olub. Görüş Süleymanovun qələbəsi ilə yekunlaşıb - 5:0.
Beləliklə, Azərbaycan yunan-Roma güləşçilərinin qazandıqları medalların sayı 3-ə yüksəlib.
-------------------------
Azərbaycan yunan-Roma güləşçisi Taleh Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 63 kq çəki dərəcəsində rəqib gürcüstanlı Avropa və dünya çempionatlarının mükafatçısı Leri Abuladze olub. Görüş Abuladzenin qələbəsi ilə yekunlaşıb - 3:1.
Beləliklə, Taleh Məmmədov gümüş medala sahib olub.
Hazırda Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının aktivində iki medal var. Daha əvvəl Eldəniz Əzizli 55 kq çəki dərəcəsində qızıl medal qazanıb.
------------------------
Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində rəqib gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumia olub. Görüş Əzizlinin qələbəsi ilə yekunlaşıb - 8:2.
Beləliklə, 30 yaşlı pəhləvan karyerasında ikinci dəfə Avropa çempionu olub. O, ilk belə çempionluğu 2018-ci ildə qazanıb. Həmin il Əzizli həm də dünya çempionu olub.