Rusiya güləşçilərinin beynəlxalq yarışlarda iştirakına icazə verilib.
Sportnet.az xəbər verir ki, bununla bağlı qərarı Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsi qəbul edib.
Rusiyalı idmançılar turnirlərdə yalnız neytral statusda çıxış edə biləcəklər. Qərara əsasən, Belarus güləşçilərinə qoyulmuş qadağa da aradan qaldırılıb.
Qeyd edək ki, iki ölkə təmsilçiləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, Belarusun isə bunu dəstəkləməsi səbəbindən beynəlxalq yarışlardan kənarlaşdırılmışdılar.