
Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 125 kq-da mübarizə aparan idmançı 3-cü yer uğrunda qarşılaşmada italiyalı Abraham Konyedonla üz-üzə gəlib.
Rəqibinə 7:4 hesabı ilə qalib gələn Meşvildişvili qitə üçüncüsü olub.
Bununla da sərbəst güləşçilər yarışı 6 medalla başa vurublar. Daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) və Osman Nurmaqomedov (92 kq) gümüş, Abubakr Abakarov (86 kq) isə bürünc medal əldə ediblər. Avropa çempionatı aprelin 23-də başa çatacaq.
Sportnet.az-ın məlumatına görə, 92 kq-da çıxış edən idmançı finalda türkiyəli Feyzullah Aktürklə üz-üzə gəlib. Görüşün ilk hissəsini öz xeyrinə başa vuran Nurmaqomedov ikinci yarıda üstünlüyünü qoraya bilməyib.
Yekunda 2:5 hesabı ilə uduzan Azərbaycan təmsilçisi fəxri kürsünün ikinci pilləsinə qalxıb.
-------------------
Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 3-cü yer uğrunda qarşılaşmada slovakiyalı Boris Makoyevi sınağa çəkib.
Rəqibinə 7:4 hesabı ilə qalib gələn Abakarov Avropa üçüncüsü olub.