Həmin qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında isə Kosta Rika qalib olub - 5:3.
Qeyd edək ki, Georgi Karaqunisin son klubu İngiltərə "Fulhem"i olub. O, Yunanıstan yığmasında 15 il çıxış edib. Karaqunis bu müddətdə 2004-cü il Avropa çempionatının qalibi, həmin çempionatın ilk qolunun müəllifi olub. Ümumilikdə təcrübəli futbolçu yığmada rekord sayda - 139 oyun keçirib və 10 qol vurub.