İdman Araşdırmalar Mərkəzinin
təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və "Kolizey İnşaat”ın
sponsorluğu ilə FUTPROQNOZ yarışması davam edir. Sportnet.az-ın məlumatına
görə, bu gün daha 4 iştirakçı 1/4 finala yüksəlmək uğrunda mübarizə aparacaq.
Əgər qarşılaşan rəqiblər
verəcəkləri proqnozda eyni xalı toplasalar, qalib "qızıl xal” prinsipi ilə
müəyyən ediləcək. "Qızıl xal” - iştirakçıların qrup mərhələsində topladığı
xallardır. Hansı iştirakçı qrupda rəqibinə nisbətən, daha çox xal toplayıbsa, o
da üstünlük əldə edəcək.
Qeyd edək ki, 1/8 finalda iştirakçı düzgün müəyyən edilmiş (bura yalnız əsas vaxt daxildir) nəticəyə görə 10, düzgün müəyyən edilmiş qalibə görə 3 xal, düzgün müəyyən edilmiş top fərqinə görə (qalibi düzgün müəyyən etmək şərti ilə) 5 xal əldə edəcək.
30 iyun
1/8 final. Fransa-Nigeriya
Ruslan Əmircanov (3) (futbolçu) – 2:0
Yaşar Seyidov (4) (futbol funksioneri) – 2:1
1/8 final. Almaniya-Əlcəzair
Asim Xudiyev (3) (futbol veteranı) – 2:0
Tahir Hümmətov (4) (jurnalist) – 3:1
Qeyd. Mötərizədə iştirakçıların "qızıl xallar”ı göstərilib.