
FİFA-nın 9 oyun və 4 aylıq cəzalandırdığı Uruqvay millisinin hücumçusu Luis Suares bu müddət ərzində yaşıl meydanlardan kənar qalmamaq şansı əldə edib. Sportnet.az-ın "The Telegrapf"a istinadən məlumatına görə, o, Kosovo çempionatında çıxış edə bilər.
FİFA-nın üzvü olmayan Kosovo klublarından biri Suaresə dəvət göndərib. Futbolçuya həftəlik 1200 avro məvacib təklif edilib.
Qeyd edək ki, Luis Suares İtaliya millisinin müdafiəçisi Corco Kyellinini dişlədiyinə görə diskvalifikasiya olunub.