İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və "Kolizey İnşaat”ın sponsorluğu ilə FUTPROQNOZ yarışması davam edir. Sportnet.az-ın məlumatına görə, gecə saatlarında 1/4 finalın son cütlüyü müəyyənləşib.
Argentinanın İsveçrə üzərində əsas vaxtda qalib gələcəyini proqnozlaşdıran Oqtay Abdullayev ilk dəfə yanlışlığa yol verib. Bunadək o, qrup mərhələsində 2 dəfə dəqiq nəticəni, 1 dəfə isə qalibin oyunu neçə top fərqi ilə qazanacağını düzgün proqnozlaşdıraraq, hamını heyrətləndirib. Ancaq onun rəqibi İlkin Fikrətoğlu da cənubi amerikalıların əsas vaxtda qalib gələcəyini söyləyərək, bu mərhələdə xal ehtiyatını artıra bilməyib. Belədə, qüvvəyə "qızıl xallar" qaydası minib ki, bu göstəricidə də Veteranlar İttifaqının rəhbəri həmkarımızı qabaqlayıb.
Digər cütlükdə isə Ağabala Ramazanov Belçika - ABŞ görüşünün əsas vaxtının qolsuz bərabərliklə başa çatacağını zərgər dəqiqliyi ilə söyləyib. Fariz Yusifovun "qızıl xallar"ı "Xəzər Lənkəran"ın oyunçusundan çox olsa da, prioritet kimi götürülən 1/8 final oyunu Ramazanovu növbəti mərhələyə daşıyıb.
1/8 final. Argentina - İsveçrə 0:0
Oqtay Abdullayev (8) (futbol veteranı) – 2:1 - Qalibi düzgün müəyyən edə bilməyib. Xal ehtiyatını artırmayıb.
İlkin Fikrətoğlu (2) (jurnalist) – 2:0 - Qalibi düzgün müəyyən edə bilməyib. Xal ehtiyatını artırmayıb.
1/8 final. Belçika - ABŞ 0:0
Fariz Yusifov (4) (hakim) – 0:1 - Qalibi düzgün müəyyən edə bilməyib. Xal ehtiyatını artırmayıb.
Ağabala Ramazanov (12) (futbolçu) – 0:0 - Nəticəni düzgün müəyyən edib. Aktivinə 10 xal yazdırıb.
Beləliklə, son 1/4 final cütlüyü də məyyən edilib. Argentina - Belçika oyununa proqnozu Oqtay Abdullayevlə (8) Ağabala Ramazanov (12) verəcəklər.
1/4 finalın digər cütlükləri:
Ruslan Əmircanov (13) və Tahir Hümmətov (4)
Rail Məlikov (4) - Əliyar Ağayev (14)
Rüstəm Rəhimov (13) - Tural Xudiyev (5)
Qeyd. Mötərizədə iştirakçıların "qızıl xallar”ı göstərilib.