
Braziliya yığmasının hücumçusu Neymar xəstəxanaya aparılıb. Sportnet.az-ın "football-espana"ya istinadən məlumatına görə, DÇ-2014-ün Kolumbiya ilə 1/4 final qarşılaşmasında futbolçu rəqib müdafiəçi Kamilo Tsuniqa ilə toqquşmadan sonra ciddi zədə alaraq, əvəzlənib.
Neymarın yarımfinalda Almaniyaya qarşı oynayıb-oynamayacağı sual altındadır.
Qeyd edək ki, Braziliya - Kolumbiya görüşü 2:1 hesabı ilə başa çatıb.