Neymar DÇ-2014-ün iyulun 4-də keçirilmiş Kolumbiya ilə 1/4 final matçında zədələnib. Onun bərpasına 40-45 gün lazım gələcək. Qaydalara əsasən, ödəniş oyunçunun sıradan çıxmasından 28 gün sonra aparılır. Bu isə o deməkdir ki, Neymara görə kompensasiya avqustun 2-dən köçürüləcək.
Futbolçunun "Barsa"da illik əmək haqqı 5,1 milyon avrodur. Bu məbləğ müxtəlif bonusların köməyilə 2 dəfə arta bilər. Bunu nəzərə alan FİFA Kataloniya klubuna hər gün 13 min 972 avro ödəyəcək. Yekun məbləğ 22 yaşlı hücumçunun bərpa müddətindən asılı olacaq.
Qeyd edək ki, Kolumbiya ilə matçda 2:1 hesablı qələbə qazanan Braziliya yarımfinalda Almaniyaya biabırçı hesabla uduzub - 1:7.