DÇ-2014-də Braziliya və Hollandiya yığmaları arasında keçiriləcək matçın hakimlər briqadası açıqlanıb. Sportnet.az-ın məlumatına görə, qarşılaşmaya əlcəzairli Camel Haymudi baş hakim təyin olunub.
Ona mərakeşli Reduane Açik və əlcəzairli Abdelhak Etçiali yan xətt, yaponiyalı Yuiçi Nişimura isə 4-cü hakim qismində yardımçı olacaqlar.
Qeyd edək ki, Camel Haymudi daha öncə DÇ-2014-də 3 görüş idarə edib. O, Hollandiyanın Avstraliyanı 3:2 hesabı ilə yendiyi, Kosta Rikanın İngiltərə ilə 0:0 hesablı heç-heçə etdiyi və Belçikanın əsas vaxtı qolsuz tamamlandığı görüşün əlavə vaxtında 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmalarda baş hakim olub. Yuiçi Nişimura isə çempionatın Braziliya və Xorvatiya yığmaları arasında keçirilmiş açılış matçında qonaqların qapısına şübhəli penalti təyin edib. Həmin matç Braziliyanın qələbəsi ilə yekunlaşıb.